» Uşaqlarda diqqəti necə inkişaf etdirə bilərik?
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: ayten123  2-04-2019, 13:23
---
0
259
0
0

Uşaqlarda diqqəti necə inkişaf etdirə bilərik?

Uşaqlarda diqqəti necə inkişaf etdirə bilərik?

Əziz valideynlər!
Diqqət - lazımi informasiyanı artıq informasiyadan seçmə prosesini xarakterizə edən mühüm psixoloji keyfiyyətdir. İnsan beyni hər saniyə ətraf aləmdən minlərlə siqnal qəbul edir. Əgər, bir növ özünəməxsus filtr rolunu oynayan diqqət olmasaydı, onda beyin güclü yüklənmələrə məruz qalardı. 

Diqqət bir neçə xüsusiyyətə malikdir: həcm, dayanıqlıq, cəmləşmə (konsentrasiya), seçmə qabiliyyəti, paylanma, başqa məsləyə dəyişmə və sərbstlik. Bunlardan hər hansı birinin pozulması uşağın davranışı və fəaliyyətində də problemlər yaradır.

Diqqətin həcminin az olması eyni zamanda bir neçə əşya üzərində fikri cəmləşdirə bilməməyə gətirib çıxarır.

Diqqətin cəmlənməsi və dayanıqlığının az olması uşağın hər hansı bir tapşırıq üzərində müəyyən müddət başqa məsələlərə yayınmadan diqqətni saxlaya bilməməsinə səbəb olur.

Eynilə diqqətin digər xüsusiyyətlərinin pozulması da uşağın qavrayışında problemlərə gətirib çıxarır, onun məktəb təhsilinə ciddi əngəl yarada bilir.

Bu cür çatışmazlıqlar diqqətin inkişafına dair tapşırıqların müntəzəm yerinə yetirilməsi ilə aradan qaldırla bilər. 

Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı