» Uşağa fəsilləri necə öyrədək?
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: ayten123  2-04-2019, 13:46
---
0
781
1
+1

Uşağa fəsilləri necə öyrədək?

Uşağa fəsilləri necə öyrədək?

Uşağa erkən yaşlardan ilin fəsillərini öyrətmək vacibdir. Bunu artıq 3 yaşından başlayaraq etmək olar. Çünki artıq bu yaşda uşaq müxtəlif hava hadisələrini – yağış və ya qar yağmasını, külək əsməsini, günəşin parlamasını və s. ayrıd edə bilir. Bu anlayışlar vasitəsilə uşaq dünyagörüşünü genişləndirmək, ona ilin fəsillərinin necə dəyişməsini, müxtəlif vaxtlarda hansı geyimi geymək lazım olduğunu izah etmək olar.

Uşağa ayları öyrətməzdən əvvəl, ona ilin fəsilləri haqqında danışmaq zəruridir. Bu barədə söhbəti müxtəlif fəsillərin hansı hava şəraiti ilə müşahidə olunduğu haqqında bilgilərdən başlamaq lazımdır. Məsələn, qışda qar yağanda, soyuq olanda Yeni il şənliyinə gedirik, şaxta babanı görürük və ya yazda ağaclar çiçək açanda Novruz bayramını qeyd edirik, Keçəllə Kosa şənliyə gəlir və s. yaxşı olar ki, bu söhbətləri şəkillər nümayiş etdirməklə, əlavə izahatlar verməklə daha da rəngarəng edəsiniz. Bundan əlavə hansı fəsildə isti və qalın, hansında isə yüngül geyimlər geyinildiyi haqqında uşağa məlumat verin. Fəsillər dəyişdikcə təbiətin də necə dəyişməsinə, payıza yarpaqların saralıb, tökülməsinə, yazda qarın əriməsi, quşların isti ölkələrdən geri dönməsi və başqa hadisələrə uşağın diqqətini cəlb edin.

Bu səpgidə söhbətlərdən sonra saytımızın müvafiq bölməsində fəsillərə aid testlərlə uşağın mənimsədiyi bilikləri yoxlaya və onları möhkəmləndirə bilərsiniz. Bu testlər uşaqlar üçün nəinki faydalı, həm də maraqlıdır.

Çalışın uşaqla birgə küçədə gəzərkən ondan hal-hazırda hansı fəsil olmasını onun əlamətləri, xüsusiyyətləri barədə suallar verin. İlin fəsilləri haqqında uşağa şeirlər oxumağın da mövzunun qavranılmasında böyük əhəmiyyəti var.

Məsələn:

"Bahar"

Bağçalarda açır gül,
Fərəhlənir hər könül.
Uçur duman, qəm, kədər,
Şən-şən ötür hər bülbül.

Yaşıllanır dağ, yamac,
Bəzək vurur hər ağac.
Dərə, təpə, çöl, çəmən
Çiçəklərdən qoyur tac.

Bahar eylədikcə naz,
Elin kefi olur saz.
Əkir, biçir həvəslə
Deyir: - Var ol, gözəl yaz!

Abdulla Şaiq

“Yaz günləri”

Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları.
Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.

Abdulla Şaiq

“Uşaq və buz”

Dərsə gеdən bir uşaq,
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə.
Uşaq durub neylədi?
Buza belə söylədi:
“Sən nə yamansan, a buz?
Adam yıxansan, a buz!
Az qalıb ömrün sənin,
Yaz gələr artar qəmin,
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”.

Mirzə Ələkbər Sabir

Beləcə uşaq ilin fəsillərinin əlamətlərini daha yaxşı mənimsəyəcək. Uşaq fəsillərini bir-birindən fərqləndirməyi bacarandan sonra, ona ayları öyrətməyə başlamaq olar.

Müqayisə

Uşağa bir neçə həm müxətlif olan, eyni zamanda ümumi əlamətləri də olan predmetlər göstərərək onları müqayisə etmək təklif etmək olar. Məsələn, uşağa itlə pişiyi müqayisə etməsini deyin, onların hansı oxşar və fərqli cəhətlərinin olmasını soruşun.

Ayları öyrənməyə başlayırıq

İlk olaraq uşağa izah edin ki, ilin fəsilləri aylara bölünür, dörd fəslin hər biri üç aydan ibarətdir. Ayları öyrətməyin ən yaxşı yolu onların müxtəlif bayramlar, əlamətdar günlər məsələn, 8 mart, 15 sentyabr, uşağın ad günü və s. ilə əlaqələndirməkdir. Təbii ki, diqqəti ən çox uşaqların sevimlisi olan Novruz və Yeni il bayramlarına yönəltsəniz mövzuya daha asan başlanğıc olar. Sonra uşağa izah edin ki, hər fəsil aylara bölünür və hər ayın öz adı var. Hər bir fəslə uuyğun ayları sadalayın və uşağa təkrar elətdirin. Təbii ki, uşağın yaş xüsusiyyətləri ilə əlaqədar, hər mövzuda olduğu kimi, bu mözunu da müxtəlif oyunlar vasitəsilə daha səmərəli öyrətmək olar. 



Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı