» » Oyun oynamağın insan üzərindəki yararları
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: Süleyman  9-03-2018, 05:58
0
619
1
+1

Oyun oynamağın insan üzərindəki yararları

Oyun oynamağın insan üzərindəki yararları
Depressiyanı aradan qaldırmağa kömək edir

2013-cü ildə ABŞ-da aparılan araştırmaya görə yetişkinlərin təxminən 18%-ı depressiya və stress üçün reseptli dərmanlardan istifadə edirdilər. Əgər bu problemlərdən biriylə qarşılaşsanız dərman qəbul etməkdən başqa alternativ yol daha var: Oyun oynamaq. Depresif adamların şikayət etdiyi əsas problemlərdən biri də motivasiya əskikliyidir. Məsələn, bir puzzle-ı həll etmək və ya bir video oyunda sonrakı səviyəyə keçmək, bunlar motivasiya olmaq üçün yaxşı bir yoldur.

Stanford Universitetindəki araştırmalar, oyunların beynimizdədəki motivasiya və öyrənmə sahələrinə təsir göstərdiyini sübut etdi. Oyundakı uğur beyindəki müvəffəqiyyət sahələrini xəbərdar edir, depressiya isə tam əksini. Video oyunlar həqiqətən depressiyanın yaratdığı zərərləri təmir edir. Hətta zehni xəstəliklərə görə hazırlanan oyunlar belə var.

Multitasking (eyni anda bir neçə işi görmək) bacarığını inkişaf etdirir

Geneva, Wisconsin və Rochester'dəki universitetlərin ortaqlığıyla edilən araşdırmada, action FPS(First-Person Shooter) janrındakı oyunları oynayan adamlar multitasking'də daha yaxşı olduqları müəyyən edildi. Bu insanlar eyni anda bir çox şeyə fokuslana və eyni zamanda bir neçə vəzifəni yerinə yetirə bilirdilər. Multitasking bacarığınızı inkişaf etdirmək istəyirsinizsə action oyunlarını sınamağınız tövsiyə olunur.

Yaradıcılığımızı gücləndirir

Yaradıcılıq hər yaş qrupunda möhtəşəm bir bacarıqdır. Bəzilərimizin yaradıcılığı doğuşdandır. Michigan universitetinin araşdırmasına görə video oyunlarla bu bacarığı güçləndirə bilərik. Araşdırmada 12 yaşlı uşaqların dört fərqli texnologiyanı (interneti, kompüteri, telefonu və video oyunları) nə qədər çox istifadə etdiklərinə baxıldı. Sonra da bunun yaradıcı düşünmə qabiliyyətlərinə necə təsir etdiyi müəyyən olundu. Uşaqların yaradıcılığını dəyərləndirmək üçün iki tapşırıq verildi. Uşaqlardan ssenari xəyal etmək və rəsm çəkmək istəndi. Video oyun oynayan uşaqlar daha çox yaradıcı idi.

Xarici məktəblərdə keçilən 5 oyun və yararları

Civilization V: Edilən araşdırmalara görə strategiya oyunları beyinimizdəki düşünəbilmə və problem həll etmə bölmələrini inkişaf etdirir. Bir neçə məktəblərdə Civilization V oyunu dərs kimi keçilir. Uşaqlara mədəniyyət tarixi içərisində yaşanan hərbi, siyasi, texnoloji və ekonmik ilərləmələr üzərindən müxtəlif dərslər verilir.
Kerbal Space Program: Elmi sevdirən, öyrənməyə və araşdırmağa həvəsləndirən simulyasiya oyunu Kerbal Space Program sayəsində astronomiya, fizika və riyaziyyat sahələrində olduqca faydalı dərslər verilir. Xarici ölkələrdə bir çox məktəbdə yoxlanılan və olumlu nəticə alan Kerbal Space Program hər yaşda şagird üçün olduqca faydalı bir oyundur.
Assassin's Creed Origins: Tarixin fərqli dönəmləriylə qarşımıza çıxan Assassin's Creed artıq təhsil məqsədi ilə də istifadə olunur. Assassin's Creed Origins təkminləşdirilən bir modu sayəsində şagirdlər qədim Misiri yaşayan bir müzeydəymiş kimi gəzə biləcək. Oyun, fərqli başlıqlar üzərindən qədim Misir tarixini öyrədəcək və həmən tarixlərin məzmunu da tamamən tarix professorları tərəfindən yazılacaq.
Spore: Tək hücrəli bir canlı olaraq oyuna başlayıb, qurduğunuz mədəniyyətlə kosmosa qədər yol ala biləcəyiniz oyun Spore, bəzi xarici məktəblərdə dərs olaraq keçirilən oyunlardan biridir. Spore, praktiki olaraq biologiyanı anlamaq, yaradıcılıq və dizayn bacarıqlarını inkişaf etdirmək üçün möhtəşəm bir oyundur.
Universe Sandbox: İlk dəfə Finlandiyada bir məktəbdə keçirilən Universe Sandbox fizika və astronomiyanın təməl konseptlərini praktiki olaraq öyrənmək üçün çox yaxşı seçimdir. Böyük çaplı eksperimentlər apardığınız bu oyun, şagirdlər üçün adətən bir laboratoriya xüsusiyyətindədir.
Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı