Bermud Şeytan Üçbucağı, Atlantik Okeanında, keçmişdə çox sayda təyyarə və gəminin müəmmalı şəkildə itdiyi bölgədir. Əvvəllər maqnetik olduğu düşünülən lakin indiki vaxtda okean axıntılarının təsiriylə yaranan bir təbii qaz qaynağına ev sahibliyi etdiyi düşünülən bir bölgədir. Bu sahə ABŞ Sahil Mühafizəsi təşkilatının 7-ci bölgə dairəsinin 5720 saylı dairəsində təsvir edilmişdir: "Bermuda triad" və ya Şeytan üçbucağı adlı xəyali yer, açıqlanmayan gəmi, qayıq və təyyarə itkiləri çox yüksək olduğu ABŞ-ın cənub-şərq sahillərində Atlantikdə çox yüksək yerə deyilir.Bu üçbucağın bünövrəsi olan
Bermuda, Florida ştatında
Mayami, Puerto Rikoda isə
San Juan sayılır.
Uzun illər ərzində heç kimin qənaətbəxş bir izahat vermədiyi bu sirli hadisə, elm adamları da daxil olmaqla, bir çox insan tərəfindən "fövqəltəbii bir gücün əsəridir" söyləndi. Bu açıqlamalar arasında qeyb olan qitə
Atlantis (Atlantik Okeanı ideyası ilə paralel olaraq) olması və Qeyb Qitənin heç vaxt başa düşülməmiş texnoloji və maqnit itkisi qurğularından və ya regionun xarici dünyaya səfərləri zamanı dəfələrlə yaradılan maqnit sahəsindən təsirləndiyi, hətta
Christopher Columbusun günündə, bu ərazidə göydə uçan qeyri-müəyyən cəsədlər haqqında danışıldı.

Digər tərəfdən meydana gələn hadisələri ani hava dəyişmələri, metan qazı çıxışı, gəl-get dalğaları, isti su axıntısı kimi səbəblərə söykəyənlər olmuşdur. Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir neçə il əvvəl bir nəticə verdiyinin iddia edilməsi ilə ortaya çıxdı. Bu son iddiaya görə bütün bu sirrli hadisələr əslində sadə bir təbii qaz məsələsi idi.Yer altından fışqıran təbii qazlar, yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxırlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş quru parçalarıdır. Ancaq, okeanların dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı çox aşağı temperaturun da təsiriylə qatı hala çevrilir və "hidrat" deyilən ağ və qatı bir maddə halına gəlirlər. Çox dərinlərə dala bilən robot kameralarının bu bölgədəki ağappaq okean döşəməsini və bəzi gəmi dağıntılarının şəkilini çəkməsindən sonra mövzuya bu elmi şərh gətirilmişdir: Bu bölgə,
Gulf Stream deyilən isti su axıntısının da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən, bu "zəhərli qazlar" sudan yüngül olduqları üçün səthə doğru yüksəlirlər. O anda, döşəmədən səthə qədər suyun sıxlığı azalır və oradan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibinə batarlar. Çünki sıxlığa düşən su, gəmiləri daşımaq üçün qaldırıcı qüvvə yarada bilməz. Qazın yüksəlməsi sona çatdıqda idə sıxlıq təkrar köhnə halına dönər və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə batmış olarlar. Təyyarələrin düşərək itməsi isə yenə eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edərlər. Bu dəfə sıxlıq azalması, bölgənin üzərindəki atmosferdə meydana gələr. Oradan təsadüfən keçən reaktiv motorlu və ya pərvanəli bir təyyarənin dərhal radarları itər və mühərrikləri dayanar. Çünki, reaktiv motorlarındaki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kifayət deyil. Pərvanəli təyyarədə isə təyyarənin havada qala bilməsi üçün təyyarəyə Təsir edən qaldırma qüvvəti, havanın sıxlığı düşməsindən ötəri azalır. Beləcə təyyarə də, sürətlə okean döşəməsinə doğru enişə keçər.
Bermud üçbucağının sahəsi
1964-cü ildə Vinsent Qaddis adında Amerikalı yazıçı Arqosy jurnalında tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı" ifadəsini işlətmiş və onun faktiki sahəsinin Mayami,San Xuan,Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstırmişdir.Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almırlar.Onların fikrincə isə,Bermud üçbucağının ümumi sahəsi 1.3 milyon km2-dən 3.9 milyon km2 arasında dəyişir.
Yaranması
Bermud üçbucağında baş verən ilk anomal hadisə 1946-ci ildə həmən Amerikalı yazıçı Vincent Qaddisin müəmmalı şəkildə itən ABŞ hərbi donanmasına məxsus 5 Flight-19bombardmançı təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlıyır.
1950-ci ildə isə Associated Press xəbər agentliyinin müxbiri Edvard Van Vinkılın Bermud üçbucağındakı digər sirli qeyb olmaları xatırlatması və bu ərazini "Şeytan dənizi" adlandırması ilə bu mövzu yenidən aktuallaşır.Sonralar 1964-cü ildə Vinsent Qaddisin "Ölümcül Bermud üçbucağı" adlı redaksiyası baş verən bütün hadisələrin burada cəmlənməsi ilə bu sahəyə öz töhvəsini vermiş oldu.
1974-cü ildə Bermud üçbucağı teoremini dəstəkləyən Çarlz Berliç adında dilçilik üzrə müəllim Bermud üçbucağı adında kitab dərc edir və kitab bestseller olmaqla böyük bir populyarlıq qazanır.