» » » 8 mart niyə qeyd edilir ?
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: Mammadli  7-03-2018, 19:50
0
875
1
+1

8 mart niyə qeyd edilir ?

8 mart niyə qeyd edilir ?
1910-cu ildə Kopenhagen şəhərində keçirilən ikinci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat partiyası liderlərindən olan Klara Setkin 8 mart dünya qadınları günü kimi qeyd edilməsini təklif etmişdir.
   Belə ki, hər şey qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı olaraq 1857-ci il martın 8-də New York şəhərində tikiş fabrikindəki qadın işçilərinin nümayişə çıxmasıyla başlayır. Onlar 10 saatlıq iş günü, rahat iş rejimi və kişilərlə eyni maaş tələb edir. Polis nümaişi dağıdır və tikiş fabrikinin qapılarlnı bağlayır. Fabrikdə isə yanğın baş verir. İşçilər fabrikdən qaça bilməyir və nəticədə 129 qadın işçi yanaraq həyatını itirir. Beləliklə qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə yüz minlərlə insan qatılır.
   Bu hadisədən 53 il sonra, 1910-ci ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosial Konfransında Almaniya Sosial Demokrat partiyası liderlərindən olan Klara Setkin 1857-ci ildə toxuculuq fabrikində baş vermiş qəzada yanaraq həyatını itirən qadın işçilərin xatirəsinə martın 8-ni dünya qadınları günü olaraq qeyd edilməsini təklif edir. Təklif səs çoxluğu ilə qəbul edilir.
    Qadınlar günü ilk dəfə Avstrya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci il martın 19-da qeyd edilmişdir. 1917-ci ildə isə Rusiyalı qadınlar çörək və sülh şüarı ilə küçələrə çıxır. 4 gün sonra Çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səs vermə hüququ tanıyır. Bu hadisə martın 8-ə təsadüf edir. Oktyabr inqlabından sonra bolşevik Aleksandra Kollontay və Vladimir Lenin 8 martı SSR-də rəsmi bayram elan edir. 1965-ci il fərmanıyla SSR ali sovetinin rəyyasət heyyəti 8 martı qeyri iş günü qeyd edir. Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilmişdir.
   1975-ci ildə ilk dəfə BMT beynəlxalq qadınlar gününü qeyd edir. İki il sonra qrumun ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sulh günü kimi rəsmiləşir. 
Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı