Ətli Souz resepti və bişirilməsi


- 0.5 kq ət
- 3 baş sogan
- 3-4 kartof
- 1 Pomidor(tomat)
- Noxud,zəncəfil,sarıkök,nanə,keşniş,şüyüd,duz,istiot,şirin və acı bibər zövqə göre
Əvvəlcə ətin üzərinə soyuq su əlavə edib qoyuruq qaynamağa. kəfini yığdıqdan sonra noxud, duz və 1 soğan soyub tam olmayan kəsiklə ortadan kəsik atıb qazana əlavə edirik (sonda soğan atılır). Ət qaynayana yaxın digər qazanda 2 orta böyüklüyündə soğan soyub, yuyub, xırda-xırda doğrayırıqvə yağda qovururuq. Sarıkök və duz da əlavə edirik. Bir az qovrulduqdan sonra bibər, pomidor və ya tomat əlavə edib yenə qovrulur. Qaynayan ətlərlə noxudu suyundan çıxarıb qovrulmuş kütləyə əlavə edirik. Üzərinə bir az zəcəfil əlavə etsəniz daha ləzzətli olar. Ətlə noxudun suyunda kartofu bişirib digər qazana onu da əlavə edirik. Ətlərimiz sümüklüdürsə ət suyunu süzüb qazana əlavə edirik və vam xodda bişməyə qoyuruq. Bişdikdən sonra üzərinə nanə, keşniş və şüyüd əlavə edirik.
Nuş Olsun

Populyar Paylaşımlar
Son Şərhlər