» » » Səncə işə qəbul olmusan ?
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: Agharzayev  8-03-2018, 21:00
0
1 149

Səncə işə qəbul olmusan ?

Səncə işə qəbul olmusan ?
 Xəyaılını qurduğun iş üçün müsahibəyə dəvət aldın və hər şey əla keçdi. Bəs Səncə işə qəbul olmusan ? Bu dəfə bu mövzu haqqında yazmaq istədim.
 
 İş görüşməsi nə qədər yaxşı keçsədə namizədlərin ağlından həmişə " Görəsən seçiləcəmmi ? " deyə bir sual keçər. İnanıram ki bu yazını oxuyandan sonra fikirləşdiyiniz bəzi suallara cavab tapa biləcəksiniz.

 İlk olaraq müsahibəyə getdiyiniz iş üçün yenidən dəvət alacaqsınız və bu sizin doğru yolda olduğunuz anlamına gəlir. Toplam iş görüşmələri sayının ən azı iki, ən çoxu beş olduğunu nəzərə alsaq, mütləq, getdiyiniz şirkət tərəfindən yenidən dəvət almağınız öncəliklə son turlara qalan bir neçə namizəd arasında olduğunuzu göstərər.

 İkinci düşünəcəyiniz, sizə şirkət haqqında geniş melumat verilməyidir. İR mütəxəssisi əgər sizə şirkət haqqında geniş məlumat verirsə, sirkəti tərifləyirsə və şirkətdə işləməyin işçilərə göstərdiyi avantajdan uzun uzadı danışırsa,bu, sizin tələblərə cavab verə biləcəyiniz anlamına gəlir.

 Üçüncü olaraq düşünməli olduğunuz müsahibənin lazım olduğundan artıq keçməsidir. Hər kəs bilir ki İR mütəxəssisləri tələblərə uyğun olmayan namizədlər üçün lazım olandan artıq zaman ayırmaz. Əgər müsahibə uzun çəkərsə və İR mütəxəssisi sizi tanımaq üçün əlavə suallar verərsə bu vəziyyət haqqınızda olumlu düşünüldüyünün göstəricisidir.

 Dördüncü olaraq düşünəcəyiniz, sizin gələcək iş yoldaşlarınız ilə tanışdırılmağınızdır. Bəzi şirkətlər işə alımasını uyğun gördükləri namizədləri şirkətin digər işçiləri ilə, ələxsus da birlikdə çalışacağı komanda ilə tanış edir. Belə bir vəziyyət böyük işarədir və müsbət düşünməyiniz üçün səbəbdir.

 Beşinci və son olaraq düşünəcəyiniz isə Referans yoxlanması edilməsidir. Referans yoxlanılması,artıq müraciət müddətinin sonuna yetişdiyinizi və işə girmək üçün keçməyiniz lazım olan bir bariyer qaldığını göstərən müddətdir. Referans yoxlanılması işə qəbul olduğunuz anlamına gəlmir,amma işə götürülməsi ehtimalı ən güclü olan namizədlərdən biri olduğunuzu göstərir.

 Yuxarıda yazdıqlarım doğru yolda olduğunuza işarə etsə də rəqabətin güclü olduğu iş dünyasında nəticələr hər zaman ürək açıcı olmaya bilər. Ancaq kefinizi pozmayın. Sizi hər zaman xoşbəxt edəcək karyera üçün müraciət etməyə davam edin.

  Oxuduğunuz üçün təşəkkür edirəm.
Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı