» » » Quru, Köhnəlmiş saçların qulluğunda edilən 5 səhv
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: Misgerli  8-03-2018, 02:46
0
498
1
+1

Quru, Köhnəlmiş saçların qulluğunda edilən 5 səhv

Quru, Köhnəlmiş saçların qulluğunda edilən 5 səhv

 Köhnəlmiş, quru saçlarınızı qurtara bilmək üçün bu təkliflərimizi mütləq öyrənməlisiniz!

  Köhnələn, quruyan saçların var? Əslində saçlarını heçcür möhkəmləndirə bilməməyinin səbəbi "sən" ola bilərsən. Yəni, etdiyimiz bəzi səhv praktikalar nəticəsində saçımıza zərər veririk. Siz də bu səhfləri etməyə davam edərək saçlarınızın quruduğca qurumasına yol aca bilirsiz... Ən yaxşısı siz bizim yazının davamını oxuyaraq səhv etdiyiniz hərəkətləri öyrənin və onlardan uzaqlaşın.

1. Köpüklü, tərkibində sulfat olan şampun istifadə etməyə davam etmək.

sulfat olan şampun istifadə etməyin 

  Bəli, bəlkə də saçlarınıza qulluq edirsiniz; Saçınıza müntəzəm olaraq bir çox saça qulluq məhsulları tətbiq edə bilərsiniz. Ancaq istifadə etdiyiniz saç baxım məhsulları sulfat tərkibli olub köpürdüyü üçün saçlarınıza zərər verə bilərlər.

2. Saçı sərt şəkildə daramaq.

Saçı Sərt Şəkildə Daramayın
  Bəzən tez Hazırlanmağınız lazım olduğunda ya da saçlarınızı asanca taraya bilmədiyiizdə saçınızı çox sərt şəkildə daramağa çalışırsınız. Bunu edərkən saçlarınıza həddindən artıq zərər verdiyinizi bilirsinizmi? Quru saç uclarının, sərt saç tellərinin səbəbi saçınıza incə davranmamağınız ola bilər ...

3. Fendən və ya digər istiləşdiricidən qabaq formaverici istifadə etmək.


İstidən qabaq forma verici istifadə etməyin. 


  Qəbul edək ki, bunu bir çox qadın edir. Saçlarınızı formaya salmazdan əvvəl jele, sprey kimi formaverici istifadə etdikdən sonra saçınıza fen çəkir, maşa, düzləşdirici istifadə edirsiniz. Ancaq bu formavericilər spirt tərkibli olduğ üçün istiliklə birlikdə istifadə edildiyində Saçınız olduqca zərər görür. Buna görə formaverici məhsulları mütləq saçlarınızı isti vasitəsilə tamamilə formaya saldıqdan sonra tətbiq etməlisiniz.


4. Saçın qurumasını gözləmədən istilik tətbiq etmək

Saçınız Yalnız Quruduqdan Sonra Fendən İstifadə Edin 

Saçların hələ qurumayıb amma tələsdiyin üçün dərhal dümdüz və ya dalğalandırmak istəyirsən? O zaman saçlarının gözlərinin qarşısında zərər gördüyünə şahid ola bilərsən! Saçlarının hamısı yaxşıca qurumadan əsla düzləşdirici ya da maşa tətbiqinə keçilməməlidir. Hətta saçlarının quruduğunu sanıb bu əməliyyatlara keçdiyində saçından duman çıxdığını görə bilərsən. O zaman əl saxlayıb saçlarını qurutmağa davam etdirməli və sonra yenidən tətbiq etməlisən.


5. Saçı tez-tez möhkəm sıxıb, təpədə yığmaq

Saçları Boş Buraxın 

Saçlarını davamlı çox möhkəm şəkildə və təpədə yığaraq da saçlarına zərər verə bilərsən. Bu vəziyyət saçlarının çox zərər görməsinə səbəb ola bildiyi kimi qopmasına da səbəb ola bilər. Saç tellərin köklərindən dartılır və ən sonunda qopa bilər. Bu şeyi vərdiş halına gətirmisinizsə saçlarınızı mütləq boş formada yığmağa və ya Yığmaq lazımdırsa da ən qısa müddətdə saçlarını boşaltmağa diqqət göstərməlisiniz.



Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı