» » » Fol turşusu ( B9 vitamini)
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: ayten123  27-04-2018, 16:17
0
1 510
0
0

Fol turşusu ( B9 vitamini)

Fol turşusu ( B9 vitamini)
Fol turşusu (B 9 vitamini) əsasən mübadilə proseslərində və qan hüceyrələrinin yaranmasında iştirak edib,immun və mədə-bağırsaq sistemlərinin fəaliyyətinə təsir edir.Həmçinin embrionun inkişafında da böyük rol oynayır.Embrion mayalanmadan sonrakı 2-3həftə ərzində fəal inkişaf edir və bütün vacib orqanların təməli qoyulur.Ən əsası isə dölün sinir borucuğunun (hansı ki bu borucuqdan zamanla baş beyni formalaşır)inkişafında böyük rol oynayır.Buna görə də hamiləliyin planlaşdırılması mərhələsində (hamiləlikdən 1-3ay əvvəldən) və hamiləlikdən sonrakı ilk 3 ay ərzində fol turşusu qəbulu vacibdir.Zamanında və miqdarında qəbul etdiyiniz halda uşağın baş beyin və onurğa beyin anomaliyaları ilə doğulma riskini 50-70% azaltmış olursunuz.Bunlardan əlavə fol turşusu ciftin formalaşması üçün də çox vacibdir.
 Fol turşusu yaşıl yarpaqlı bitkilərin(ispanaq,cəfəri,kahı,şüyüd,soğan),bütün taxıl və paxlalı bitkilərin,fıstıq,badam,qoz,sitrus meyvələri və onların şirələrində mövcuddur. Aparılan araşdırmalar göstərir ki,həblərdə olan süni fol turşusu qida məhsullarından alınan fol turşusundan qat-qat daha yaxşı mənimsənilir .Buna görə də fol turşusu ilə zəngin məhsullarla qidalanma ilə yanaşı həb şəklində də daxilə qəbul etməlisiniz.
 Orqanizmdə olan fol turşusunun əksikliyi heç bir əlamətlə özünü biruzə vermir.Lakin araşdırmalara əsasən digər vitaminlərlə müqayisədə bu vitaminin çatışmazlığına daha çox rast gəlinir.İlk növbədə fol turşusu çatışmazlığı zamanı anemiya(qan azlığı)inkişaf edir ki,bunun da vaxtında aşkarlanmaması iştahın pozulması,əsəbilik,yorğunluq,saçların tökülməsi,dəri problemləri,ishal və s.kimi hallar ortaya çıxır.Fol turşusunun qəbul ediləcək dozası 400-800mkq arası dəyişilir.Dəqiq dozanı ginekoloqunuzla məsləhətləşə bilərsiniz.Həkim məsləhəti olmadan dozadan artıq qəbul halında(hamilənin tələbatındaan 3dəfə çox-15000mkq dozasında)sinir sistemi zədələnmələrinə gətirib çıxarır.Bu vitaminin mütamadi(uzun müddətli)qəbulu dozanı aşmaq sayılmaz.Təsadüfən (1-2 gün)dozanı aşma halında isə(1-2həb artıq)narahat olmağa heç bir əsas yoxdur.Çünki bu vitamin suda həll olandır və artıq olduğu halda orqanizmdən sidiklə xaric olunur.Bəzi hallarda isə ginekoloqunuz bilərəkdən artıq dozada təyin edə bilər.Bu hallar isə aşağıdakılardır.
-əvvəlki hamiləliklərdən ən az birindən sinir qüsurlu uşaq dünyaya gətirmisinizsə.
-sizdə artıq çəki varsa
-epilepsiyaya qarşı(qıcolma əleyhinə)dərman qəbul etmisinizsə
-qam analizləriniz orqanizminizdə fol turşusu əksikliyi ilə əlaqəli anemiya(qan azlığı)aşkarlamışsa.
Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı