» » » » Hamiləlikdə yuxu
0
0
лучший сайт где можно скачать шаблоны для dle 12.1 бесплатно
Əsas Səhifə Favorilər Fotolar Videolar Dünyadan Texnalogiya Hadisələr Forum Əyləncə Play List İnsanlar
Müəllif: ayten123  1-05-2018, 07:42
0
2 672

Hamiləlikdə yuxu

Hamiləlikdə yuxu
Gümrah hamiləlik keçirmək üçün istirahətə və  keyfiyyətli yuxuya ehtiyacınız var.Lakin aylar bir-birini əvəz etdikcə günü-gündən böyüyən qarın rahat yatış formasını seçməkdə mane olur.Araşdırmalara görə yuxusuzluq problemi hər hamilədə fərqli aylara təsadüf edir.Bəzən hamiləliyin ilk həftələrindən başladığı halda,bəzən isə sonlarda hamilə qadın yuxu problemi ilə üzləşir.Hamiləlik müddətində yer və yatış pozisiyanız uşağın sağlamlığı və inkişafına çox böyük təsir göstərir.Həftələr və aylar keçdikcə xüsusilə qarın nahiyyənizdə həm daxili həm də xarici bir sıra dəyişikliklər baş verir.Bu isə özünüzü narahat hiss etmənizə və bəzən ağrı çəkməyinizə səbəb olur.İlk vaxtlarda tez bə rahat yuxuya getməyinizə baxmayaraq,hamiləliyin irəlilədiyi həftələrdə bu o qədər də asan olmur.Əgər arxası üstə yatmağa öyrəşən birisinizsə gələcək aylarda rahat yuxuya getmək və keyfiyyətli şəkildə-tez-tez  ayılmadan  yatmaq istəyirsinizsə sağ və sol böyrünüz üstə yatmağa öyrəşsəniz yaxşı olar.Çünki bədən kütləniz artdıqca və qarnınız böyüdükcə mövqe dəyişmək çətin olur,bu da tez-tez yuxudan ayılmağınıza sebeb olur.Hamiləlikdən əvvəl arxası üstə yatmağın sizin üçün daha rahat olmağına baxmayaraq,hamiləlik boyu çəkinizin artdığı və qarnınızın böyüdüyü üçün bu mərhələdə arxası üstə yatmaq heç də düzgün seçim deyil.20-ci həftələrdən sonra isə yatmaq üçün ən yaxşı versiya dizləri bədənə çəkərək sol böyrü üstə uzanmaqdır.Bu zaman çirkli qanl bədənin aşağı hissəsindən ürəyə ötürən damarların üzərindəki təzyiqi azaldaraq ürəyin də işini asanlaşdırmış olursunuz.Digər tərəfdən isə sola doğru yatdıqda ana bətni də sola meyl etdiyi üçün qara ciyər üzərində də təzyiq azalır və daha rahat yuxuya şərait yaratmış olursunuz.Arxası üstə yatıldıqda isə sidik kisəsinin ağırlığı aşağı ətraflardan ürəyə gələn damarları sıxır və qanın dövr etməyinə mane olduğu üçün ciftin oksigenlə zəngin qanla təchiz olmağını gecikdirir Bu isə ana bətnondəki uşağın yaxşı qidalanmamağına və oksigen çatışmazlığına gətirib çıxarır.
    Hamiləlik zamanı rahat yuxu üçün etməli olduqlarınız:
 --Hər şeydən öncə çalışın sinirlərinizi qoruyasınız.əsəbi halda yatağa girməyəsiniz.
 --Yataq otağınızın havasını dəyişin və çalışın sərin temperaturda saxlayasınız.
 --gecə köynəyiniz təbii materialdan hazırlanmış rahat geyim olmalıdır.
 --Yuxu saatınızı dəyişməyin.Hər gün təxmini eyni saatlarda yatağınıza girməyə çalışın.Bu sizin bədən saatınızı tənzkmləyəcək və bədəninizi müəyyən vaxtlarda yatmağa və ya oyanmağa öyrədəcək.
 --Yatmazdan əvvəl ilıq vanna qəbul edin.Suyunuza çobanyasyığı və ətirli yağlar(lavanda və s.)əıavə edə bilərsinoz.Bu bədəninizin yüngülləşməyinə bə rahatlığına səbəb olar.
 --Sol böyrünüz üstə yatmağa çalışın.Bu dölün,uşaqlıq və böyrəklərin qanla təchizini asanlaşdıracaq.
 --Arxanızı və ayaqlarınızı dəstəkləmək üçün hamilələr üçün nəzərdə tutulmuş”yuxu yastıqlarından”istifadə edin.Yastıqlardan sizin yatmağınızı asanlaşdıra biləcək hər yerdə istifadə etməyə çalışın.istər dizlərinizin arasında,istər belinizdə,istərsəniz də başınızın altına qoyun.
 --Əsasən yuxu vaxtı ayağınızda qıcolmalar baş verirsə qazlı içkilərdən uzaq durun.Qıcolma zamanı ayağınızı dezləşdirib,yuxarı doğru qaldıraraq yaranmış vəziyyətdən qısa müddətdə azad olmuş olarsınız.
 --Əgər yata bilmirsinizsə özünüzü yatmağa məcbur etməyin.Yataqdan qalxın,kitab oxuyun,tv izləyin,vanna qəbul edin.Başınızı bir müddətlik nə iləsə qatmağa çalışın.
 --Yatağa getməmişdən öncə 1fincan isti süd içsəniz daha rahat yuxuya sahib ola bilərsiniz.Südün tərkibindəki triptofan adlanan maddə təbii yuxu gətirici və sakitləşdirici təsirə malikdir.Südü sadə içə bilməsəniz müxtəlif dadlandırıcılarla (bal,şəkər,darçın)ağız dadınıza uyğunlaşdıra bilərsiniz.
 --Yuxu vaxtınıza yaxın çoxlu yemək və kafein tərkibli içkiləri qəbul etməkdən uzaü durun.Bir çox qadın axşam yeməklərini günün ən az edirlər ki,yuxu zamanı narahatçılıq yaranmasın.Kafein tərkibli içkilərin yuxuya mənfi təsir göstərməyi ilə yanaşı,yatmazdan əvvəl çox maye qəbul etmək də tez-tez sifik ifrazına oyandırdığı üçün narahat yuxuya səbəb olur.Yuxu saatınızdan 2-3saat əvvəl maye qəbulunu azaldın.Lakin gün ərzində ən az 6-8stəkan su içməyə çalışın.
Son Şərhlər
Əlaqə Qaydalar RSS
Yuxarı