Hamiləlikdə hıçqırıq(uşağın bətndə hıçqırmağı)

Uşaq ana bətnində olarkən bəzən bətn daxilində rahat şəkildə ayırd edə bilmədiyimiz bir çox hadisə baş verir.Bunlardan biri də uşağın hıçqırmağıdır.Uşaqlarda hıçqırığın 3cü trimestrdə (6-9 ay)daha çox müşahidə olunmağına baxmayaraq körpənizin hələ 3aylıq olan vaxtlarından başlayır.Ana körpəsinin qarnında atlanıb düşməyini hiss edər.Diqqətlə fikir verilsə bunun uşağın təpikləməyindən fərqli hiss olduğu açıq aşkar bilinir.Təpiklədiyi zaman müxtəlif tezlikdə fərqli yerlərdə zərbələr vurduğu halda,hıçqıran zaman 2-3saniyə fasilələrlə eyni yerdə 2-3dəqiqə və bundan da çox zaman çəkərək təkrarlanan hadisə baş verir.Və normal olaraq hamilə qadınlar bu ritmik hərəkətləri hiss etdikdə nsrahat olmağa başlayırlar.Lakin buna görə narahat olmaq lazım deyil.Bilməlisiniz ki,bu bir çox hamilənin hiss etdiyi və USM zamanı da müşahidə olunan normal haldır.
Hıçqırığın baş verməsini belə izah edirlər ki,körpə hələ ana bətnində olduğu andan tənəffüs etməyə başlayır.Bu zaman dölyanı mayeni udar və udduğu üçün diafraqmada sıxılmalar baş verər.Bu sıxılmalar isə hıçqırığa səbəb olar.Beləliklə də körpəniz udduğu mayeni hıçqıraraq xaric edər.
Hıçqırıq körpənizin ağ ciyərlərini doğuşdan sonra düzgün tənəffüs prosesinə hazırlayan və ürək ritminin formalaşmağına kömək olan refleksdir.Bunlarla bərabər bəzi araşdırmalara görə belə bir qənaətə gəlinir ki,hıçqırığın əmmə refleksinin formalaşmağında da böyük əhəmiyyəti var.Və hətta uşaq ana bətnində nə qədər çox hıçqırsa bir o qədər də güclü əmmə refleksinə sahib olacağı söylənilir.Əmmə refleksinin özü də qidanın ağ ciyərlərə daxil olmağının qarşısını almaq və qidalanan zaman həm də tənəffüs etmə qabiliyyətinin öyrənilməsi üçün çox əhəmiyyətli prosesdir.və əgər bətninizdə hıçqırıq baş verirsə bu o deməkdir ki,artıq körpənizin sinir sistemi də formalaşıb ki diafraqmasında büzülmə,sıxılma prosesi baş verir.
Hıçqırığın inkişaf mərhələsində baş verən normal refleks olduğunu desək də digər tərəfdən körpənizdə oksigen çatışmazlığını xəbərdar edən siqnal kimi də yanaşmalıyıq.Oksigen çatışmazlığının qarşısını almaq üçün də açıq havada çox gəzmək şərtdir.

Populyar Paylaşımlar
Son Şərhlər