Yeni doğulmuş uşağın əlamətləri (Vaxtında Doğulmuş Körpə)

Doğulduğu və göbək ciyəsi kəsildiyi andan uşağın ana ilə əlaqəsi kəsilir və o,yeni doğulma dövrünə qədəm qoyur.Ətraf mühitlə uyğunlaşmağa başlayır.Orqanizmində müxtəlif dəyişikliklər baş verir:ana bətnində işləməyən üzv və sistemlər işləməyə başlayır,bir sıra üzvlərin isə funksiyası dəyişilir.Ağ ciyərlər hava ilə dolur.ürək sistemində daha böyük dəyişikliklər baş verir.Belə ki,rüşeymin qan damarları olan Botal və Arans axacaqları,oval dəlik,göbək damarlarının qalıqları tutulur,onların əvəzinə daimi kiçik və böyük qan dövranı əmələ gəlir.
Normal yeni doğulmuş uşaq ana bətnindəki inkişafın 9aylıq (10 qəməri) dövrünü keçirmiş,vaxtında doğulmuş və funksional cəhətcə yetişmiş uşaqdır.Vaxtında doğulmuş uşağın nişanələri bunlardır:orta hesabla oğlanların çəkisi 3400-3500 qr,qızların isə 3200-3400qr olur,boyu 48-52sm,qol və qıçların uzunluğu təqribən bərabər olub,bədən uzunluğunun 3/8-ni təşkil edir.Başın çevrəsi 32-33sm,döşün çevrəsi 30-32sm olur.Dəri çəhrayı rəngdə,dərialtı piy təbəqəsi yaxşı inkişaf etmiş,dəridə pendirvarı yaxmanın qalığı olur.Başdakı tüklərin uzunluğu 2 sm, qulaq və burun qığırdaqları elastiki olur.Gözkər açıq olur.Uşaq döşü yaxşı tutur,bərk qışqırır,hərəkətkərj fəal olur.Şərtsiz reflekslər yaxşı inkişaf edir(əmmə,udma,asqırma,öskürmə və s.),oğlanlarda xayalar xayalığa düşür,qızlarda kiçik cinsiyyət dodaqları böyüklərlə örtülür.

Populyar Paylaşımlar
Son Şərhlər