3-12 aylıq uşaqların zəkası


Körpəyə parlaq oyuncaq, fanar, çınqıraq və ən əsası sizin simanızı izlədin. Ondan 25-30 sm kənarda sağa-sola, yuxarı-aşağı və dairəvi hərəkət etdirin. Bu zaman körpənin diqqətini əlinizdəki predmetə və ya sizin simanıza çəkməyə çalışın. Bu zaman görmə qabiliyyətinin inkişaf etməsi ilə yanaşı, həm də körpənizdə diqqət formalaşacaq.
Bunları edərkən ən əsas körpənin əhval-ruhiyyəsinə baxın. Əgər görsəniz ki, uşaq narahatdır,yorulub və ona darıxdırıcı gəlir,o zaman oyunu saxlayın. Oyunlardan əvvəl isə əhvalını yüksəltmək sizdən aslıdır.
3-cü ayından artıq körpənizə güzdü göstərə bilərsiniz. Körpəniz qucağınızda keçin güzgü qarşısına. Güzgüdəki körpənizə baxaraq danışın, mahnı oxuyun, dil çıxarın, müxtəlif səs tonlarında danışın. Və ya körpənizi qarnı üstə uzadaraq güzgüdəki əksinə baxmağa şərait yaradın. Bu körpələrin çox xoşuna gələcək və imkan verəcək ki, o uzun müddət qarnı üstə dayansın. Nəzərə alsaq ki, əksər uşaqlar qarnı üstə dayanmağı sevmirlər, biz güzgü ilə məqsədimizə çata bilərik. Qarnı üstə qalmaq fiziki inkişaf üçün çox faydalıdır. Fiziki güc tətbiq edərək boynu, kürək əzələlərini möhkəmləndirir. Bununla da belə nəticəyə gəlirik ki, güzgü zehni və fiziki inkişaf üçün əvəzolunmaz vasitədir.
Sadə gündəlik ünsiyyət - söhbət, gülmək, dil çıxarmaq, müxtəlif səs tonlarında danışmaq körpənizin inkişafına çox böyük kömək edəcək. Qidalandırarkən, pampersini dəyişərkən mütləq ünsiyyət qurun. Belə olduğu halda aranızda güclü emosional bağ yaranacaq.
İrəliləyən aylarda isə körpənizə müxtəlif kartlar (əsasən ağ-qara) göstərə bilərsiniz. Sensor qutular hazırlaya bilərsiniz. Butulkaya su, şampon, kiçik oyuncaq, dənli bitki yerləşdirərək əlində hərəkət etməsinə şərait yaradın. Körpənizin əlinə müxtəlif materialda - sərt, yumşaq, tüklü parçalar verin. Toxunsun və fərqi, müxtəlifliyi kəşf etsin.
Populyar Paylaşımlar
Son Şərhlər